Petr Pavel: “Tramp təmkinli idi” | VİDEO

   Petr Pavel: “Tramp təmkinli idi”    | VİDEO
  30 İyun 2025    Oxunub:772
Çexiya prezidenti Petr Pavel NATO sammiti zamanı qapalı şam yeməyində Avropa liderlərinin ABŞ prezidenti Donald Trampı Rusiyaya təzyiqi artırmağa necə çağırdıqlarından danışıb.
AzVision.az “Euractiv” portalına istinadən xəbər verir ki, Çexiya prezidentinin sözlərinə görə, o və digər Aİ liderləri ABŞ prezidenti ilə “ardıcıllıq və yekdilliklə” danışaraq, onu Rusiyaya iqtisadi təzyiqin zəruriliyinə inandırmağa çalışıblar.

Eyni zamanda, Petr Pavel söhbətin “Rusiyanın iqtisadi çöküşündən” yox, Moskvanın danışıqlara alternativ olmadığını başa düşməsindən getdiyini deyib.

“Tramp “çox təmkinli qaldı”, lakin eyni zamanda sanksiyaların effektiv alət olduğunu anladı. O, Vaşinqtonun Çinlə etdiyi kimi Rusiyaya qarşı qd qətiyyətli yanaşmağa çağırdı”, - Çexiya prezidenti vurğulayıb.

Tramp: “Vaxtı çatıb” | VİDEO
Qeyd edək ki, bundan əvvəl Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsi təşəbbüsünün və qanun layihəsinin müəllifi rüspublikaçı senator Lindsi Qrem ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Lindsi Qremin hazırda 84 millət konqresmen tərəfindən dəstəklənən qanun layihəsi Ukraynaya dəstək verməyən və Rusiyadan təbii ehtiyatlar alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsum tətbiq edilməsini nəzərdə tutur.

“The Washington Post” qəzeti bildirir ki, qanun layihəsi təsdiqlənəcəyi halda ABŞ dünyanın qalan hissəsi ilə ticarət müharibəsinə başlayacaq.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Pavel   Tramp   Rusiya  



Xəbər lenti